Ərdoğan: "Belə olan təqdirdə Suriya ordusunu hər yerdə vuracağıq"


“Əsgərlərimizə hücum edilsə Suriya ordusunu hər yerdə vuracağıq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi partiya iclası zamanı deyib. O bildirib ki, Suriya ordusu hücumları zamanı birbaşa Türkiyə əsgərlərini hədəf seçməyə başlayıb: “Suriya ordusunun növbəti təxribatı zamanı Soçi razılaşmasına baxmayaraq rejim qüvvələrini hər yerdə vuracağımızı buradan elan edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top