Kamil Musavi: "Dövlət başçısı bu saxtakarlıqları edənlərə qarşı lazımi tədbirlər görər"


"Mən məğlub olmamışam, zatən qalibəm".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında qazi, 60 Saylı Salyan-Neftçala dairəsindən deputatlığa namizəd Kamil Musavi 9 fevralda Milli Məclisə keçirilən seçkilərə münasibət bildirərkən deyib.
O bildirib ki, məntəqələrdə baş verən saxtakarlıqlarla bağlı hüquqi yollara müraciət edib:
"Sadəcə bu saxtakarlıqlar bizi məğlub kimi göstərir. Bütün məntəqələrdə olan haqsızlıqlar, saxtakarlıqlar, problemlər, hansı ki, dövlət başçısının şəffaf seçki keçirmə əmrinə qarşı çıxan bütün məntəqə sədrləri, dairə seçki komissiyası, hər birinin o saxtakarlıqlarının videoları əlimizdə var, hal-hazırda MSK-a müraciət etmişik. Təsəvvür edin, 60 Saylı Salyan-Neftçala dairəsi üzrə 42 məntəqə var, bu məntəqələrin 41-də olan saxtakarlar, istər qutuların qaçırılması, istərsə də bir kabinəyə iki nəfərin daxil olub səs verməsi, müşahidəçilərimizin qovulması bütün bunlarla bağlı əlimizdə video faktlar var. Əlimizdə olan bu faktları təqdim etmişik hüquqi yollarla öz haqqımızı tələb edəciyik. Mən məğlub olmamışam, xalqın gözündə qalibəm. İnşallah tezliklə bu məsələlər hüquqi əsasını tapar, dövlət başçısı bu saxtakarlıqları edənlərə, onun demokratik seçki keçirilmə əmrinə kölgə salanara qarşı lazımi tədbirlər görər".
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top