Davudoğludan dövlət çevrilişinə cəhd barədə açıqlama - "Bir neçə ay qabaq hamısını..." - VİDEO


Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən danışıb. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əhməd Davudoğlu verdiyi yeni açıqlamasında Türkiyədə 2016-cı ilin iyul ayında baş tutan dövlət çevrilişinə cəhd barədə danışıb.
O bildirib ki, Baş nazir olaraq vəzifəsinə davam etsəydi hər şey fərqli olacaqdı:
"Prezidentlə bir neçə ay qabaq, 2015-cı ilin avqust ayında həyata keçirdiyimiz iclasda dövlət çevrilişinə cəhdi planlayan hərbçilərin hamısını vəzifəsindən uzaqlaşdıracaqdıq. Ancaq bu baş tutmadı".
Keçmiş Baş nazir AKP-dən istefa səbəbi barədə də danışıb. O, AKP-nin bəzi üzvləri ilə fikir ayrılıqları yaşadığı üçün istefa etdiyini bildirib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top