Polis Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət almasına dair məlumatlara münasibət bildirdi


"Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsassızdır". 

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

Onun sözlərinə görə, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib: "Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb".

Qeyd edək ki, dünən bir qrup deputatlığa namizəd və tərəfdarları növbədənkənar parlament seçkilərinin elan olunmuş ilkin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya keçirməyə cəhd ediblər. MSK üzvləri onlarla görüşüb, şikayətləri dinləyiblər. Lakin iştirakçılar aksiyanı davam etdirməkdə israrlı olublar. Əraziyə gələn polis aksiyanın qarşısını alıb. Bu zaman aksiya iştirakçıları Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət alması barədə sosial şəbəkələrdə məlumat paylaşıblar.

DİGƏR XƏBƏRLƏR

Top