Tərtərdə ana azyaşlı övladını şişlə işgəncə verib


Tərtərdə ana azyaşlı övladını yandırıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.

Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top