Yevlaxda minik maşını yük maşını ilə toqquşdu


Yevlaxda minik maşını ilə yük maşını toqquşdu.
Ağır qəza Bakı-Qazax avtomagistiralının Yevlaxın Aran qəsəbəsindən keçən hissəsində baş verib.
Qəza zamanı minik avtomobilində olan 33 yaşlı Afina Həşimova xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Toqquşma nəticəsində zərbənin gücündən minik avtomobili yararsız hala düşüb.
Avtoqəza nəticəsində də yol təsərrüfatına da ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top