Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirildi


Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsi istiqamətində əməkdaşlığını davam etdirir.
BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən Yeniavaz.com-a verilən məlumata görə, sonuncu çatdırılmada Hepatit C müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ Səhiyyə Nazirliyinə təhvil verilib. Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirilir. Layihənin məqsədi həyatı xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Bu layihə hökumətin İİV/QİÇS, Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinin təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib. Bildirilib ki, hökumət ilə bu uğurlu əməkdaşlığı nəzərə alaraq, adıçəkilən dərman vasitələrinin BMT İP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top