Göygöldə qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, yanvarın 13-də Göygöl rayon sakini Məhərrəm Qasımov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən 750 manat nağd pulun və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Məsələ ilə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla onun zərərçəkənin qonşusu, rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Həsrət Fərəcov olduğu müəyyən edilib. Dindirilmə zamanı H. Fərəcəov törətdiyi cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.