Azərbaycanı tərk edən rusların sayı AÇIQLANDI


Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, könüllü köçürmə proqramı çərçivəsində 2019-cu ildə başqa ölkələrdən Rusiyaya 59,5 min etnik rus köçüb.
Yeniavaz.com xəbər verir ki, ötən il ruslar daha çox Qazaxıstandan köçüblər. Bu ölkədən Rusiyaya il ərzində 32 min 594 nəfər rus köçüb.
İkinci sırada Tacikistan yer alır. İl ərzində Tacikistanı tərk edən rusların sayı 6 min 312 nəfər olub. Bunlardan başqa Moldovadan 5 min 988 nəfər, Özbəkistandan 4 min 671 nəfər, Ermənistandan 3 min 807 nəfər etnik rus Rusiyaya köçüb.
Azərbaycanı tərk edərək Rusiyaya gedən rusların sayı 2019-cu ildə 249 nəfər olub. Qonşu Gürcüstandan köçənlərin sayı 232 nəfər təşkil edib.
Rusiyay köçənlərin əsasən Novosibirsk (7736 nəfər), Çelyabinsk (6936), Tula (5155) bölgələrində yerləşdiyi qeyd olunur.
Qeyd edək ki, rusların könüllü köçürülməsinə dövlət yardımı haqqında fərman Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2006-cı ildə imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top