"Kanal 13"ün rəhbəri ilə bağlı YENİ QƏRAR


Bakı Apelyasiya Məhkəməsində "Kanal 13" internet televiyasının rəhbəri Əziz Orucovun barəsində olan şərti məhkumluğun götürülməsi ilə bağlı şikayətə baxılıb.

Yenivaz.com APA-ya istinadla xəbər verir ki, keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, onun şikayəti təmin edilib və barəsində olan şərti məhkumluq ləğv edilib.

Qeyd edək ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.  Həmin il İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

2018-ci il aprelin 5-də Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top