Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan küsdüm” – VİDEO


“Atamın bu hərəkəti - mənim davamın nədən ibarət olmadığını bilmədiyinə görə atamdan küsdüm, uzun zaman onunla görüşməyəcəm”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli, atasının parlament seçkilərində qanunsuzluğa cəhd göstərməsi ilə bağlı yayılmış görüntülərinə münasibət bildirərkən deyib. O bildirib ki, o məntəqədə başqa heç nə olmayıb:
“Atamın saf niyyətli, amma bizim prinsiplərdən uzaq olduğunu bilirəm, bu günə qədər üzümə vurmasa da məşğul olduğum işin onun üçün mənasız olduğunu gözlərindən oxuyurdum. Çünki bu ölkədəki yaşlı nəslin hamısı kimi ideoloji boşluqda formalaşıb, ancaq əyri yollarla məqsədə çatmağın mümkünlüyünü görüb. O məntəqədə başqa heç nə olmayıb, ləğv də olunacaq, amma atamın bu hərəkəti - mənim davamın nədən ibarət olmadığını bilmədiyinə görə atamdan küsdüm, uzun zaman onunla görüşməyəcəm. Niyyəti saf ola bilər, amma təklifə həmən sərt reaksiya verməli idi. Onun bu hərəkətinə görə üzr istəyirəm”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə N. Cəfərlinin atasının Erkin Qədirlinin namizədliyini irəli sürdüyü dairənin məntəqələrindən birində qanun pozuntusuna cəhd göstərməsi ilə bağlı görüntülər yayılıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top