Koronavirusa görə ölənlərin sayı 1000-i keçdi


Çində yayılan koronavirus səbəbi ilə ölənlərin sayı hər gün artır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çində koronavirusa görə ölənlərin sayı 1013-ə çatıb. Son məlumatlara görə, sadəcə dünən 103 nəfər məlum virusa görə dünyasını dəyişib. Çinli mütəxəssislər dünyanın 400 müxtəlif şəhərində koronavirus daşıyıcılarının ola biləcəyini deyirlər.
Qeyd edək ki, bu vaxta qədər Çindən başqa Honk Konq və Filippində də təhlükəli virus səbəbilə ölüb. Hazırda isə koronavirusa dünyanın 24 ölkəsində rast gəlinib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top