Xəzər dənizi al rəngə büründü - Qazaxıstanda - VİDEO


Qazaxıstanın cənubi-qərbində Xəzər dənizinin sahili qırmızı rəngə boyanıb.
Yeniavaz.com
xəbər verir ki, Aktauda sahilboyunca baş verən hadisə yerli sakinlərin də təəccübünə səbəb olub.

Ekoloq Rauşan Tulepova bunun ilk dəfə baş vermədiyini bildirib: "Həm 2017, həm də 2018-ci illərdə bu təbiət hadisəsi müşahidə olunub. Dənizkənarı hissədə görünən qırmızı ləkələrin səbəbi rəngli dəniz yosunlardır. Əslində onlar yay aylarında da olur. Sadəcə qışda çiçək açdıqları üçün al rəngə bürünür".

R.Tulepovanın sözlərinə görə, sahilə qırmızı çalar verən yosunların Xəzər dənizində 25-dən çox növü bitir: "Xəzərdə sahili al rəngə boyayan laurentsiya, polisifoniya, melobeziya kimi yosun növləri var, bunlar xüsusilə dayaz sularda bitirlər".

DİGƏR XƏBƏRLƏR

Top