Bu uşaqlara “boy hormonu“ pulsuz veriləcək - VİDEO


Boyunun qısa olmasından şikayətlənən insanlarla tez-tez qarşılaşırıq. Boyun qısa olması insanlara ən çox psixoloji təsir edir.Bunun üçün müxtəlif dərman pereparatları qəbul edənlər də olur, idmana yazılıb boyunun uzanması üçün fəndlər edən də. Bir çoxları boy inkişafının ləngimısini gec hiss etdiyindən müalicələr effektiv olmur.Hazırda bu problemlə tək Azərbaycanda deyil,dünyada da mübarizə aparılır.

​Yeniavaz.com REAL TV-yə istinadən xəbər verir ki, Northwestern Universitetinin antropoloq alimi William Leonardın araşdırmalarına görə sənayeləşmiş ölkələrdə boy artımı dayanıb. Leonardın fikrincə hal-hazırda Amerikada boy ölçüləri 70-ci,hətta 60-cı illərdəki kimi qalıb.Artım müşahidə olunmayıb.

Bəs necə olur ki,Şimali Avropalılar boy mövzusunda amerikalıları bu qədər üstələyə bilib? Alimlər bunun səbəbini Amerikada sosial bərabərsizliklə izah edir.Hər kəsin sosial sığortadan istifadə edə bilməməsi,müxtəlif xəstəliklərin yayılması ilə nəticələnir ki,bu da boy artımın ləngiməsi ilə də nəticələnə bilir.

2016-cı ildə aparılan bir araşdırmaya görə,kişilər üçün dünyanın ən hündür boy ortalaması Hollandiyada qeydə alınıb.Təxminən boy ortalaması 1.83 sm-dir. Qadınlarda isə bu siyahıya 1.70 sm boy ortalaması ilə Latviya başçılıq edir.

Azərbaycana gəldikdə isə, Dünya Səhiyyə Təşkilatının tərtib etdiyi boy normativlərinə əsasən, ölkəmizdə kişilər 1.60 sm, qadınlar isə 1.50 sm-dən aşağı boya sahibdirlərsə, onlar "balacaboy" hesab olunurlar.

Dünyada müalicəsi çox bahalı hesab olunan "boy uzatma"prosesində istifadə,olunan hormonları hər kəs ala bilmir. Məhz bunu nəzərə alaraq, xüsusi dövlət proqramı çərçivəsində yanvar ayından etibarən qeydiyyatda olan, boy inkişafının ləngiməsindən əziyyət çəkən uşaqlara bu boyartıran dərman pereparatı dövlət tərəfindən pulsuz verilir.

Hələlik Bakıda verilən dərman pereparatı gələcəkdə bölgə xəstəxanalarında da verilməsi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top