Bəşər Əsədin ordusu yenə Türkiyə əsgərlərini vurdu - 5 şəhid

 
Bəşər Əsədə bağlı Suriya ordusu türk əsgərlərini hədəf alıb, şəhid və yaralılar var. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya rejiminin İdlib şəhərini top atəşinə tutması nəticəsində 5 Türkiyə əsgəri şəhid olub, 5 əsgər isə yaralanıb. Türkiyənin Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, hücum edilən nöqtələr aşkarlanaraq top və raket atışları ilə cavab verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Suriya rejiminin hücum etməsi səbəbilə 9 Türkiyə əsgəri şəhid edilmişdi. Daha sonra Türkiyə ordusunun raket atışları ilə cavab verməsi nəticəsində 80-ə yaxın Suriya rejiminin əsgəri ölmüşdü. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top