Soyadı olmayan yeni millət vəkili kimdir? - FOTOLAR


Xəbər verdiyimiz kimi, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olub.
Yeniavaz.com xəbər verir ki, artıq Milli Məclisə seçilən şəxslərin ilkin siyahısı məlumdur.
Açqılanan rəsmi məlumatlarda Milli Məclisə seçilən yeni deputatlardan birinin - Elşad Mirbəşirin soyadı qeyd olunmur. 101 Saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputat seçildiyi bildirilən Elşad Mirbəşirin soyadını XXX işarələri əvəz edir. Bu isə o deməkdir ki, Milli Məclisin yeni üzvünün rəsmi sənədlərdə soyadı qeyd olunmayacaq.
Bəs, Milli Məclisdə soyadı olmayan yeni millət vəkili kimdir?
Məlumat üçün bildorək ki, Elşad Mirbəşir 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. O, 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə gedib. 1994-cü ildə həmin məktəbi bitirib.
1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir.
1998-2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olub.
10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülb.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunub.
2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olub və mühazirələr oxuyub.
2002-2013-cü illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında müəllim kimi çalışıb.
2007-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasında dosent vəzifəsində çalışır.
2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikası Prezidentinin sərancamlarının icrası üzrə analitik şöbənin və Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.
AMEA Hüquq və İnsan Haqları İnstitutunda Yeni Azərbaycan Partiyası təşkilatının sədri vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub, daha sonra isə Mərkəzin sədr müavini seçilib.
Azərbaycan Dövlət Televiziyasının şərhçisi və "Dünya bu gün" siyasi-analitik verilişinin aparıcısıdır.
Bundan başqa, "Yeni Azərbaycan" qəzetinin siyasət şöbəsinin redaktorudur, “Yeni Azərbaycan” analitik qrupunun rəhbəri və Yeni Azərbaycan Partiyasının üzvüdür.



A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top