Seçki günü təcili yardıma bu qədər müraciət daxil olub


Parlament seçkiləri günü Bakıda təcili tibbi yardıma 30 müraciət daxil olub. 

Bu barədə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, müraciətlər əsasən baş ağrısı, yüksək təzyiq, şəklərli diabetlə bağlı olub: “Onlardan 3-ü xəstəxanaya aparılıb. Müraciət edənlər arasında həm seçkiləri müşahidə edənlər, həm də səs verməyə gələn şəxslər olub”.

Xatırladaq ki, seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyib. Böyük seçki məntəqələrində cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılmışdı. (Report)

DİGƏR XƏBƏRLƏR

Top