“Qadın namizədlərin hamısı Milli Məclisdə təmsil olunmağa əsaslı iddiası olan şəxslər idi”


“Parlament seçkilərində 276 nəfər namizəd qadın idi”.

Bunu bu gün Parlament seçkiləri ilə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 

MSK sədri bildirib ki, qadın namizədlərin hamısı cəmiyyətdə seçilən qadınlar оlub: “1038 nəfər kişi namizəd iştirak edirdi. Keyfiyyət baxımından bu məsələyə yanaşsaq, qadınların hamısı Milli Məclisdə təmsil olunmağa əsaslı iddiası olan şəxslər idi. Kişilərin hamısı haqqında bunu demək olmaz. Bu nisbətin özü ötən seçkilərlə müqayisədə 5-6% çoxdur. İndiki zamanın tələbinə uyğun olan göstəricilərdən biri də namizədlərin yaş həddi ilə bağlı göstəricidir. Namizədlər arasında olan gənclərin mütləq əksəriyyəti beynəlxalq təhsil ocaqlarında təhsil almış şəxslərdir. Biz çox arzu edərdik ki, bu cür gənclər Azərbaycana xidmət etsinlər və vəkillik etsinlər”.
M. Pənahov deyib ki, həm ölkə daxilində, həm də ölkə xaricində kimlərinsə  təxribat xarakterli addımlar atmasına yol verməməliyik: “​“Çox istərdik ki, təxribat xarakterli addımlar atılmasın. Belə hallara qarşı ehtiyatlı olmaq lazımdır. Artıq kifayət qədər müstəqillik tariximiz var və bu sahədə inkişaf etmiş ölkələrdən geri qalmamalıyıq”.//APA

DİGƏR XƏBƏRLƏR

Top