Bakıda həkim sınıq olmayan ayağa gips qoydu - VİDEO


Paytaxtda yaşayan qadın bir neçə ay əvvəl yıxılıb və ayağı əzilib. Həkim isə ona ayağın çatladığını deyib və gips langeti qoyub. Qadın sözügedən vasitə qoyulduqdan sonra ayağının şişdiyini iddia edir və yeriyə bilmədiyini deyir. Həkim isə bu iddilarla razılaşmır.

Sınıq olmayan ayağa gips langeti qoyulub.

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yaşayan Nuranə Cəfərovanın sözlərinə görə, noyabr ayında yaşadığı evin pilləkənindən yıxılıb və ayağı zədələnib. Yaxınları da onu Türkan qəsəbəsində yaşayan Muxtar Yarıyev adlı travmatoloqun yanına aparıblar. Sözügedən şəxs heç bir rentgen etdirmədən ayaqda çat olduğunu deyib və gips langeti qoyub.

Nuranə Cəfərova iddia edir ki, gips onun ayağına çox mənfi təsir edib. Ayaqlarında şiş əmələ gəlib və yeriməsində problem yaranıb.

Şikayətçinin sözlərinə görə, sonradan 3 ayrı xəstəxanada ayağını rentgenə saldırıb və orada heç vaxt çatın olmadığı deyilib.

Qadının ayağını səhv müalicə etdiyi deyilən Muxtar Yarıyevlə də əlaqə saxladıq. Müsahibə vermək istəməsə də, bildirdi ki, Nuranə Cəfərovaya ayağında çat olduğunu deməyib. Aşağı ətrafın niyə şişdiyini isə bu cür əsaslandırdı..

İndi Cəfərovlar ailəsi qadının ayağını müalicə etdirmək üçün onlara dəyən maddi ziyanın ödənilməsini istəyirlər.


//Xəzər TV

DİGƏR XƏBƏRLƏR

Top