10 yaşlı Nərminin qətlində adı hallanan Altayın evindən VİDEO


Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı istintaq tərəfindən araşdırılır.

Səs yazısında adı hallanan Altay Ələkbərovsa Baku TV-yə danışıb.

Altay Ələkbərov bildirir ki, son günlər sosial şəbəkələrdə yayılan səs yazısı həqiqətləri əks etdirmir.

Altay Ələkbərovun sözlərinə görə, səs yazısını yayan Qabil adlı şəxs Tovuz rayonunun Qazqulu kəndindədir. O, işə düzəltmək adı ilə kənd sakinlərinin pullarını mənimsəyib və ölkədən qaçıb. 

Altay Ələkbərov - səs yazısında adı hallanan şəxs deyir:

“Gəlsinlər desinlər görək, mən silahla kimə sataşmışam ki? Görün, mənim evimdə zirzəmi varmı? Mənim evimlə hadisə yeri arasında 2 km məsafə var”. 

Müsahibimizin sözlərinə görə hüquq mühafizə orqanı əməkdaşları tərəfindən istintaq zamanı qonşularla bərabər onun evi dəfələrlə yoxlanılıb. Üstəlik, səs yazısı çıxandan sonra o könüllü olaraq prokurorluğa gedib və ona qarşı atılan şər və böhtan xarakterli məlumatların araşdırılmasını, günahkarların tapılaraq cəzalandırılmasını xahiş edib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 
 



/Oxu.az

 

DİGƏR XƏBƏRLƏR

Top