Külək “Baktelecom”un dam örtüyünü uçurdu - VİDEO


Bakıda əsən güclü külək "Bakı Telefon Rabitəsi" MMC-nin inzibati binasının dam örtüyünü uçurub.
Həmin anları lentə alan vətəndaşlar görüntüləri Yeniavaz.com-un redaksiyasına göndərib.
Görüntüləri təqdim edirik:

Qeyd edək ki, inzibati binası Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baktelecom” dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.
 

DİGƏR XƏBƏRLƏR

Top