Koronavirusa görə saxlanılan qadın xəstəxanadan qaçdı


Avstraliyada koronavirus şübhəsi ilə analiz verən qadın xəstəxanadan qaçıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Landeskliniken Salzburq xəstəxanasında koronavirus şübhəsi ilə analiz verən 31 yaşlı qadın xəstəxanadan qaçıb. Hadisə ilə bağlı, xəstəxana rəhbərliyi tərəfindən polislərə məlumat verilib. Şübhəli qadın, 7 saat sonra öz evində tapılıb. Sözügedən qadın polislər tərəfindən yaxalanaraq yenidən xəstəxanaya təhvil verilib.
Qeyd edək ki, 31 yaşlı qadın qripə bənzər simptomlar müşahidə olunduğu üçün Avstraliyanın Salzburq şəhərindəki xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top