"Özünüinkişaf və gənclərlə səmərəli iş" adlı təlim keçirilib


PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi ilə Azərbaycan
SOS Uşaq Kəndləri Asossasiyasının əməkdaşlığı çərçivəsində baş tutmuş təlimlər yekunlaşdı.
Yeniavaz.com xəbər verir ki, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf mərkəzinin mütəxəssisləri tərəfindən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyinin Bakı və Gəncə Gənclər evi əməkdaşlarına 06 noyabr 2019-cu il tarixindən 05 fevral 2020 tarixinədək verilən “Özünü inkişaf və gənclərlə səmərəli iş” adlı təlimlərin bağlanışı oldu. Təlim proqramına əsasən ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, problem həlletməvə böhranın idarəolunması, stres və stresin idarə olunması, komanda olmaq, komanda şəklində işləmək kimi 8 mövzuda 36 saat təlim və superviziya keçirilmişdir. İnteraktiv şəkildə keçirilən təlimdə həm əməkdaşlar həm də gənclər üçün hər mövzu ayrı-ayrılıqda ələ alınmış gündəlik həyata tətbiq oluna bilirliyi müzakirə olunmuşdur. Təlim mövzuları ilə yanaşı film, tətbiqatlar, tədqiqatlar da iştirakçılarla paylaşılmışdır. Təlim proqramı çərçivəsində Gənclər evləri ziyarət olunmuşdur.

DİGƏR XƏBƏRLƏR

Top