Türkiyədə qar uçqunu səbəbilə ölənlərin sayı 38-ə çatdı


Türkiyənin Van vilayətində qar uçqunu səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Van vilayətinin Bağçasaray rayonunda qar uçqunu səbəbilə ölənlərin sayı 38-ə çatıb. Son məlumatlara görə, uçqun altında daha 2 nəfərin olduğu təxmin edilir. Qeyd edək ki, dünən qar uçqunu altında qalan iki nəfər xilas edilərkən ikinci qar uçqunu baş verib. Nəticədə jandarma, mühafizəçi, fövqəladə hallar işçiləri və hadisə yerindəki sıravi vətəndaşlar da daxil olmaqla 40-a yaxın Türkiyə vətəndaşı dünyasını dəyişib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top