Bakıda idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb - FOTO


Bakıda Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, prospektlə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olan "NİVA" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldakı arakəsmədə olan işıq dirəyinə çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb.

Əraziyə YPX əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının bildirdiyinə görə, hadisə yüksək sürət səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


APA

DİGƏR XƏBƏRLƏR

Top