İsgəndər Həmidovun ölüm xəbəri yalan çıxdı - Durumu sabit ağır olaraq qalır


Sabiq daxili işlər naziri İsgəndər Həmidovun ölməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Jurnalist Əvəz Zeynallı yayılan bu xəbərlərin əsassız olduğunu bildirib.

Əvəz Zeynallı yazır:

"Ard-arda dostlar zəng edib İsgəndər Həmidov haqqında soruşurlar. "Facebook"da bəzi dostların İsgəndər Həmidovun vəfat etməsi haqqındakı paylaşımları narahatçılıq yaradıb. Bu gün səhər də yanında olmuş, həkimləri ilə əlaqə saxlamışdım. İndi də dərhal İsgəndər bəyin yaxınları ilə əlaqə saxladım. Öncə qardaşı oğlu Şəhriyar Məcidzadə ilə danışdım. Şəhriyar bəy xəbəri təkzib etdi. İsgəndər bəyin oğlu Məcid bəy də durumun çox ağır olduğunu, amma atasının yaşadığını bildirdi. Hazırda İsgəndər Həmidovun müalisə aldığı "City" hospitalla əlaqə saxlanıldı. Növbətçi həkim Məhəmməd Səfərovun verdiyi məlumata görə, İsgəndər bəyin durumu sabit ağır olaraq qalır, amma başqa bir dəyişiklik yoxdur.

Əziz dostlar, İsgəndər Həmidovun vəziyyəti həqiqətən çox ağırdır, amma dəqiqləşdirmədən lütfən yanlış xəbərlər paylaşmayaq. Bu, həm onun ailəsinə, həm də dostlarına yaxşı təsir göstərmir. Dua edək ki, Tanrı öz möcüzələrindən birini daha göstərsin və İsgəndər bəyi yaşama qaytarsın.

Allah bütün xəstələrə şəfa versin, İsgəndər bəyə də!"

DİGƏR XƏBƏRLƏR

Top