​Koronavirusdan sağalanların sayı AÇIQLANDI


Koronavirusdan ölənlərin sayı 427-dən 492-ə qalxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyası indiyə qədər 24 min 324 nəfərin bu virusa yoluxduğunu açıqlayıb. Bunlardan 3 min 223-nün vəziyyəti isə ağırdır.
Ölüm hallarının əksəriyyəti koronavirusun ortaya çıxdığı Çinin Uhan şəhərində qeydə alınır. Çindən başqa sadəcə iki ölkədə bu xəstəlikdən dünyasını dəyişən var ki, bunlar da Filippin və Honq Konqdur.
Ancaq bütün bunlara baxmayaraq bu virusdan sağalanlar da az deyil. Sinqapurda virusa yoluxanların əksəriyyəti sağalır və vəziyyətləri qənaətbəxşdir. ABŞ-da isə koronavirusa yoluxduğu bildirilən birinci şəxs artıq evə buraxılıb. Ümumiyyətlə isə dünyada bu virusa yoluxmuş 907 nəfər sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top