Türkiyədə qar uçqunu nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb


Türkiyənin şərqində yerləşən Van vilayətində baş verən qar uçqunu nəticəsində bir mikroavtobusda olan azı dörd sərnişin ölüb, daha beş nəfər yaralanıb.
Hadisə Van-Bağçasaray magistral yolunda baş verib.
Məlumata görə, həmin yolda qartəmizləyən maşın işləyirmiş. Qəfildən uçqun olub və qar təbəqəsi avtomobilin üstünə tökülüb. Nəticədə mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.
 
Əraziyə xilasedicilər cəlb olunub. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərinsə cəsədi çıxarılıb.
Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edir. Xilasetmə işləri davam etdirilir.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top