Baş Prokurorluqdan sosial şəbəkədə yayılan məlumatla bağlı açıqlama


Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmədə azadlığa buraxılmasına dair əsassız məlumatlar yayılıb. Yeniavaz.com xəbər verir ki, Baş Prokurorluqdan lent.az-a verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Məlumatda qeyd edilir ki, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min
manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyi üçün barəsində 2020-ci il yanvarın 18-də axtarış elan olunub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərovu polis əməkdaşları saxlayaraq istintaqa təqdim edib və yanvarın 25-də ona Cinayət Məcəlləsinin adıçəkilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apelyasiya protesti verib.

DİGƏR XƏBƏRLƏR

Top