Uhanda koronavirus daşıyıcıları gecə binanın pəncərəsini açıb... – VİDEO


Koronavirusun yayılmağa başladığı Çinin Uhan şəhərində virus daşıyıcıları bir-birinə dəstək verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, karantinə alınan Uhan sakinləri gecə vaxtı binanın pəncərəsini açaraq bir-birini dəstəkləyiblər. Koronavirus daşıyıcıları, "Mübarizə apar, savaşmağa davam et, güclü ol Uhan" kimi şüarları səsləndiriblər. Eyni vaxtda yüzlərlə insanın söylədiyi ruh yüksəldən sözlər maraqlı görüntülərə səbəb olub.
Qeyd edək ki, Çində koronavirus səbəbilə ölənlərin sayı 500-ə çatıb. Dünyda da isə 30-a yaxın ölkədə məlum virusa yoluxma halları qeydə alınıb.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top