Ağciyər İnstitutunda son iyirmi gündə 8 xəstə ölüb


Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.
Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyulub. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub. 
Faktı Ağciyər İnstitutundan saytımıza təsdiqləyiblər. 
Xatırladaq, bu, yanvarın 15-dən indiyədək institutdakı səkkizinci ölüm hadisəsidir.

DİGƏR XƏBƏRLƏR

Top