Koronavirus insanın ağciyərlərini görün nə hala salır - FOTOSU YAYILDI


Çin həkimləri 2019 nSoV koronavirusuna yoluxmuş pasiyentin ağciyərlərinin şəkillərini yayıblar.
Bu barədə “Radiology” jurnalı məlumat dərc edib.
Jurnalda dərc edilmiş təsvirlər Çinin Lançjou şəhərində 39 dərəcə temperaturla xəstəxanaya yerləşdirilmiş 33 yaşlı qadının kompüter tomoqrafiyası nəticəsində alınıb.
Birinci şəkildə "tutqun şüşə effekti”ni yaradan bulanıqlıq görünür. Üç gün sonra çəkilmiş ikinci şəkildə isə virusun genişlənmiş sahəsini görmək mümkündür.
"Epidemioloji xüsusiyyətlərə, klinik təzahürlərə, döş hüceyrələrinin şəkillərinə və laboratoriya məlumatlarına əsasən, 2019 nCoV sətəlcəm diaqnozu qoyuldu", - deyə nəşr bildirib.(report)

DİGƏR XƏBƏRLƏR

Top