ABŞ-da koronavirusa yoluxanların sayı səkkiz nəfərə çatıb


ABŞ-da koronavirusa (2019-nCoV) yoluxanların sayı səkkiz nəfərə çatıb.

Bu barədə məlumatı Massaçusets ştatının səhiyyə idarəsi yayıb. Belə ki, koronavirusa yoluxma ehtimalı olan pasiyentin analizlərinin cavabı onun bu virusu daşıdığını təsdiqləyib.

Xəstəliyə yoluxan 20 yaşlı Boston sakini bu yaxınlarda Çinin Uhan şəhərindən gəlib. Karantində saxlanılan gənc üçün ayrı otaq hazırlanıb və o, tam sağalana qədər evə buraxılmayacaq.

Bildirilib ki, hazırda ABŞ-ın Kaliforniya ştatında üç, İllinoys ştatında iki, Arizona, Vaşinqton və Massaçusets ştatlarında ümumilikdə üç nəfər koronavirusa (2019-nCoV) yoluxub. //Report

DİGƏR XƏBƏRLƏR

Top