1945-ci il Yalta konfransında Stalin Ruzvelt və Çörçillə nə içirdib? - İlk dəfə açıqlandı - VİDEO


Rusiya Müdafiə Nazirliyi Hitler əleyhinə koalisiyada iştirak edən dövlət başçılarının iştirak etdiyi 1945-ci il Yalta konfransı ilə əlaqəli sənədləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Rusiyanın "Ren-TV" kanalının hazırladığı xəbərdə yer alıb. İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçillin (Böyük Britaniya) iştirak etdiyi Yalta konfransı ilə bağlı sənədlərin arasında qonaqlar üçün təşkil edilən içki süfrəsinin qiyməti maraq doğurub. 
Sənədlərin birində qeyd olunur ki, qonaqlara təqdim olunmaq üçün araq, şərab, konyak, meyvə, narzan və kürü üçün 100 min rubl ayrılsın. Sənəddə həmçinin qeyd olunur ki, bu içkilərin satın alınması üçün heç bir limit yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top