Vətəndaşlarımızın Çindən təxliyyəsi başa çatdı


Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyyə edilib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb. 

Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib. 

Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək. 

DİGƏR XƏBƏRLƏR

Top