Fələstin rəhbəri Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.
Bu barədə o, Fələstin Televiziyasının birbaşa yayımında çıxış edərkən bildirib.
"Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik", - o deyib.//Report