Qardaş ölkədə daha bir zəlzələ oldu – VİDEO


Türkiyənin Manisa şəhərində zəlzələ olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Manisa şəhərində baş verən zəlzələ İzmir və ətraf şəhərlərdə hiss edilib. AFAD-ın verdiyi məlumata 4.8, Kandilli Rəsədxanasının məlumatına görə isə 5.1 bal gücündə zəlzələ olub.
Zəlzələ nəticəsində hər hansı bir dağıntının olması barədə hələ ki, heç bir məlumat verilməyib.  Hadisə bu gün yerli vaxtla 14:26-da baş verib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top