Ötən həftədən Çinin Vuhan şəhərində meydana gələn koronavirus artıq bir çox böyük ölkələrə yayılıb. Son rəsmi rəqəmlərə görə, koronavirus səbəbilə 106 nəfər ölüb, 6973 nəfər bu virusa yoluxub, 44 min 132 nəfər isə müşahidəyə götürülüb. Xəstəliyin ilkin əlamətləri eyni ilə qripə bənzəyir. Daha sonra bu, temperaturun artması, başgicəllənmə, ürək bulanma, öskürək, ishal kimi hallarla özünü göstərir. Çində virus o dərəcə təhlükəli vəziyyətə çatıb ki, Azərbaycan da daxil olmaqla digər ölkələrə də gediş-gəliş dayandırılıb. Araşdırmalara görə, özügedən virus yarasa vasitəsilə ilana oradan da insana keçib. Xəstəliyin hələ ki, müalicəsi tapılmayıb. Koronavirus bugünə qədər yayılan viruslar içərisində ən sürətlə yayılan yeni növ bir virus olsa da, dünyada insan ölümünə səbəb olan ilk virus deyil.
Yeniavaz.com insan ölümünə səbəb olan ən təhlükəli virusları təqdim edir:
Vəba - Vəba “vibrio cholerae” adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeskion xəstəliyidir. Xəstəlik bağırsaq infeksiyası sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Hesablamalara görə, vəbaya yoluxanlar təcili müalicə edilmədiyi təqdirdə qısa müddətdə dünyasını dəyişirlər. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu və xloramin məhlulunun təsirindən tez məhv olur. 2010-cu ildə Haitidəki zəlzələ vəbsnın yayılmasına böyük təsir edib. Həmin illərdə 700 min nəfər bu ölkədə vəbaya yoluxmuş və onlardan 9 mindən çoxu xəstəliyin qurbanına çevrilmişdi. Vəbanın yayılmasına səbəb isə cəsədlərin içməli su mənbələrinə atılması olub. Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan ölüb. Hindistanda isə 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan ölüb.
HİV - Bu virus insanın immunçatışmazlığı səbəbi ilə yaranır. Virus daha sonra AİDS xəstəliyinə çevrilir. Yəni, bədəni mikroblardan qoruyan immunitet sistemi işləmədikdə, mikroblar daha asan xəstəliyə səbəb olur. Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatlarına əsasən Azərbaycanda HİV-lə yaşayan insanların 50%-i vərəmə yoluxurlar. Bu xəstəlik AİDS xəstələrinin əsas ölüm səbəbidir. Milyonlarla insanın ölümünə səbəb olan bu virusa bugünə qədər iki insan qalib gəlib. Qeyd edək ki, virus tüpürcək, göz yaşı, əl sıxma, qucaqlaşma kimi məişət kontaktları ilə yoluxur.
Nipah - Dünyanın ən ölümcül virusları arasında nipah virusu da var. Bu virus əsasən 2018-ci ildə Hindistan, Malaziya, Banqladeşdə meydana gəlib. Virus 4 gün ərzində 10 nəfərin ölümünə səbəb olub. Xəstəlik eyni ilə qripə bənzəyir və yüksək temperatur, baş ağrısı, boğaz ağrısı kimi ilkin əlamətlərlə özünü göstərir. Virus birbaşa beyin və ağ ciyərə təsir edir. Araşdırmaya görə, nipah da koronavirus kimi yarasalar vasitəsilə yayılır. Bəzi iddialara görə, hələ çarəsi tapılmayan və heç bir dərman müalicəsi olmayan Nipah süni surətdə yaradılmış bioloji silah ola bilər.
Hepatit – Qaraciyər hüceyrələrində iltihablanma ilə xarakterizə olunan tibbi bir vəziyyətdir. Bu virus HİV və vərəm viruslarından daha çox insan ölümünə səbəb olur. Hər il bu virusdan 2 milyona yaxın insan dünyasını dəyişir. Virus sarılıq, iştahasızlıq, halsızlıq, ürək bulanma, ishal, mədə və bağırsaq şikayətləri ilə özünü göstərir. Bildirilir ki, son illər ərzində Hepatitdən ölüm halları 22 faiz artıb. Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə keçir.
Malyariya - Malyariya parazitlərdən törəyən və ölümcül xəstəliklərdən biridir. Xəstəlik xüsusilə Afrika ölkələrində yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik Sahara Afrikasında üstünlük təşkil edir. Malyariyayaya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Qan dövranına düşəndə parazitlər digər orqanlara, o cümlədən beyinə də zərər yetirə bilər. Bu mərhələyə çatdıqda insan artıq halsızlıq və zəiflik hiss etməyə başlayır. Malyariyanın simptomlarının sırasına yüksək qızdırma, üşütmə, tərləmə, ürək bulanma, qusma, baş və əzələ ağrılarını aid etmək olar. Bəzən simptomlar parazitin növündən və insanın bu xəstəliyə neçə müddət tutulmasından asılı olaraq, hər 48 saatdan 72 saatadək özünü büruzə verə bilər. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2013-cü ildə təxminən 198 milyon insan malyariyaya yoluxub və onlardan təxminən 584 000-i ölüb. Azərbaycanda isə yalnız 3 günlük malyariya müşahidə olunub. Bu zaman ölüm halları baş vermir. Vaxtında müalicə olunmadıqda isə ciddi ağırlaşmalara səbəb olur.
İlahə Hüseynova