Dünya çempionumuz Rusiyada qəzada öldü - FOTO


Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb. 
Bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib. 
Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub. 
Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib. 
Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top