Azərbaycanın bu rayonunda 3 baş heyvan quduzluqdan öldü


Zaqatalada son iki ayda üç baş iribuynuzlu heyvan quduzluq xəstəliyindən ölüb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, ölüm faktları rayonun Danaçı və Höytala kəndlərində qeydə alınıb.
Belə ki, son iki ayda adıçəkilən kəndlərdə şəxsi təsərrüfatlarda üç baş iribuynuzlu heyvan quduzluqdan ölüb.
Kənd baytarlıq məntəqələrindən faktı təsdiqləyiblər. Bildirilib ki, ölən heyvanlar baytarlıq təlimatına uyğun olaraq basdırılıb və şəxsi təsərrüfatlar dezinfeksiya edilib.
Ölən heyvanların quduzluq xəstəliyinə meşədə yırtıcı heyvanların hücumuna məruz qalması nəticəsində yoluxduğu ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top