5 saat ərzində zəlzələdən zərərçəkmişlər üçün milyonlar toplanıldı


Türkiyəli məşhur aparıcı Acun Ilıcalı ölkənin Elazığ vilayətində baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlər üçün kampaniya başladıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, kampaniyanı sahibi olduğu “TV8” kanalında “Tək ürək” adlı proqram vasitəsilə həyata keçirən A. Ilıcalı 5 saat ərzində 50 milyon lirədən (14 297 000 AZN) çox vəsait toplayıb.
Xeyli sayda iş adamı ilə yanaşı türkiyəli siyasətçilər də canlı yayıma qoşularaq kampaniyaya dəstək veriblər. Ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həyat yoldaşının və özünün bir aylıq maaşlarını bu kampaniyaya bağışladıqlarını bildiriblər. Nazirin bir aylıq maaşı 26 min lirədir (7434 AZN).
Daxili İşlər naziri Süleyman Soylu da canlı yayıma qoşularaq A. Ilıcalıya gördüyü bu xeyriyyə əməlinə görə təşəkkür edib və o da eyni şəkildə öz dəstəyini göstərib.
Qeyd edək ki, kampaniyaya ən böyük dəstəyi 2 milyon lirə (572 000 AZN) ilə Cemil Kazancı göstərib. O “Kazancı Holding”in rəhbəridir.

DİGƏR XƏBƏRLƏR

Top