Əli Əsədovdan yeni qərar


“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.
“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.
Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top