Türkiyənin Elazığ vilayətində baş verən güclü zəlzələ səbəbilə ölü və yaralıların sayı artıb.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, son məlumatlara görə, Elazığda zəlzələ səbəbilə ölənlərin sayı 22, yaralıların sayı isə 1031 nəfərə çatıb. Həmçinin bölgədə 2 yüngül, 37 orta, 90 ağır zədəli, 30 uçmuş obyekt də nəzarətə götürülüb. Hazırda hadisə yerində 1865 fövqəladə hallar işçisi və 266 texnika xilasetmə tədbirləri həyata keçirir. Zəlzələ səbəbilə evləri uçan sakinlər üçün bölgəyə 5 min 856 çadır, 17 min 188 yataq dəsti və insanların gündəlik ehtiyacına uyğun digər ləvazimatlar gətirilib. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan da zəlzələ bölgəsini ziyarət edib.
Ruslan Yusibov