Bakıda sürücülər bu yolu seçdilər - Cərimələnməmək üçün - FOTO


Paytaxtın 28 May küçəsi, 23 nömrəli məktəbin qarşısında maşınlarını saxlayan bir neçə sürücü cərimələnməmək üçün maraqlı addım atıb.

Sürücülər maşın nömrələrinin kameralara düşməməsi üçün baqajlarını açıq vəziyyətdə saxlayıblar. Bununla bağlı vəziyyəti əks etdirən fotolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, qanunsuz parklanmaya qarşı mübarizəni paytaxtda həyata keçirən qurum Bakı Nəqliyyat Agentliyidir.

DİGƏR XƏBƏRLƏR

Top