Çində ortaya çıxan və bir çox ölkəyə sürətlə yayılmağa başlayan koronavirus səbəbilə ölənlərin sayı artır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Vuhan şəhərində insanlar koronavirus səbəbilə küçədə gedərkən yıxılaraq komaya düşür və ya dünyalarını dəyişirlər. Bu barədə sosial şəbəkələrdə yayılan görüntülər xəstəliyin sürətli şəkildə irəlilədiyini göstərir. Son məlumatlara görə, koronavirus səbəbilə ölənlərin sayı 25, daşıyıcılarının sayı isə ən az 830 nəfərdir. Hazırda Çində Vuhan da daxil olmaqla 10 şəhər karantinə götürülüb. Həmin şəhərlərdə milyonlarla əhali yaşayır. Araşdırmalar nəticəsində məlum olub ki, koronavirusa bir neçə gün ərzində artıq 13 ölkədə rast gəlinib.
İngiltere/ABD/HongKong ortak yapımı #WuhanCoronavirus
— TEO (@teo_dorakis) January 24, 2020
yalanları, virüsten hızlı yayılıyor...
Yerde yatan adamlar_1#CoronavirusLies#CoronavirusOutbreak #coronovirus #China #VirusChinois #BREAKING #BreakingNews pic.twitter.com/gEwq0Me3s7
Yarasadan tut köpek ,fare dahil bulduğu her b....u yiyen Çin 'de #WuhanCoronavirus kritik noktada .. pic.twitter.com/iopi28687a
— Ebru ATA.. 🇹🇷 (@EbruAta_) January 24, 2020
Ruslan Yusibov