Amerika hərbçiləri Suriyada Rusiya generalını tutub


Suriyada Rusiyavə Amerika hərbçiləri arasında ciddi gərginlik yaranıb, nəticədə Birləşmiş Ştatlar hərbçiləri Rusiya genealını “tutub”.

Bu barədə Dövlət Departamentində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bəyan edib.

O qeyd edib ki, rusiyalı və amerikalı hərbçilər arasında Suriyada dekonfliktasiya məsələsində problemlər yaranır. Ceffrinin bildirdiyinə görə, belə hallardan birində amerikalılar Menbic istiqamətində gedən Rusiya general-mayorunu “tutublar”. Həmin vaxt insidenti iki ölkə hərbçiləri arasında xüsusi kommunikasiya kanalı ilə yoluna qoymaq mümkün olub. Bu kanalla tərəflər habelə razılaşıblar ki, Rusiya Hava Kosmik Qüvvələrinin təyyarələri Amerika hərbçilərinin nəzarətində olan ərazilərin üzərindən uçmasın.

Ceyms Ceffri dəqiqləşdirib ki, problemlər 14 ay əvvəl, Rusiya qoşunlarının həmin rayonda (Suriyanın şimalında) fəallaşmasından sonra başlayıb. Amerikalıların tutduğu Rusiya generalının adı açıqlanmır.

Yanvarın 19-da xəbər verilib ki, Suriyada kürdlərin nəzarətində olan ərazilərdə dislokasiya olunmuş ABŞ hərbçiləri Rusiya hərbçilərinin yolunu kəsib və onları Haseke əyalətindəki Rumelayn şəhərinin yaxınlığında yerləşən neft yataqlarına buraxmayıb. Nəticədə Rusiya hərbçiləri reydi dayandırıb və bazalarına geri qayıdıb.

Yanvarın 15-də isə Amerika hərbçilərinin Rusiya patrulunu Haseke əyalətinə buraxmadığı haqda xəbər yayılıb. Lakin Suriyada münaqişədə olan tərəflər arasında barışıq üzrə Mərkəzin rəhbəri, general Yuri Borenkov qeyd edib ki, belə xəbərlər həqiqəti əks etdirmir.//Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top