Ölkəmizdə ötən il nə qədər avtomobil istehsal olunub?


2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,0 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7 faiz azalıb.

Dövr ərzində 905 ədəd traktor, 2360 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 65,9 faiz, fəvvarə armaturunun istehsalı 48,5 faiz artıb.  /Trend

DİGƏR XƏBƏRLƏR

Top