Xırdalanda iki azyaşlını avtomobil vurub - VİDEO

Xırdalanda iki məktəblini avtomobil vurub.

Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.

Minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.

Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top