İtaliyanın Bari şəhəri ərazisində pnevminiyaya ilk yoluxma hadisəsinin qeydə alındığı güman edilir.
Bu barədə “Rai Radio 1” cümə axşamı bildirib.
Qeyd edilir ki, ölkənin cənubunda yerləşən şəhərdə qripin əlamətləri - öskürəklə və yüksək hərarətlə yerli xəstəxanaya müraciət etmiş qadın xəstəxanaya yerləşdirilib.
Radiostansiya bildiribki, söhbət yaxın vaxtlarda Şərq ölkələrindən konsert turundan qayıdanmüğənnidən gedir. O, xəstləliyin geniş yayıldığı Çinin Uhan şəhərində olub. Səhiyyə Nazirliyi tərəfindən yayılmış normativlərə uyğun olaraq, xəstə digər pasiyentlərdən təcrid edilmiş şöbəyə yerləşdirilib. Ondan bütün analizlər götürülüb.//Report