MSK-dan seçicilərə ərzaq paylayan namizədə XƏBƏRDARLIQ - FOTO

99 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Zeynalov Tural barədə Mərkəzi Seçki Komissiyasının “Qaynar Xətt”inə müraciət edilib.

Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat yayıb.

O qeyd edib ki, namizəd barəsində xoşagəlməz hallar barədə onlara məlumat daxil olub:

“Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə “Qaynar Xətt”ə müraciət olunub.

Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar”.

MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələ araşdırılsın və ona xəbərdarlıq edilsin.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top